Hindistanda faciə: Yük maşını yatan insanların üstünə aşdı

  • SpaceTV
  • 19 Yanvar 2021 11:00

Hindistanın Qucarat ştatında sürücü yük maşınını günəmuzd işçilərin üzərinə aşıraraq, onların ölümünə səbəb olub.

“The Times of India” qəzetinin ştat polisinə istinadən verdiyi xəbərə görə, hadisə Surat şəhərinin 60 kilometrliyində baş verib.

Bildirilir ki, yük maşını traktorla toqquşub və yol kənarında yatan fəhlələrin üzərinə aşıb.

Nəticədə 12 nəfər yerindəcə ölüb, 8 nəfər ağır yaralanıb. Zərərçəkənlərdən üçü sonra xəstəxanada həyatını itirib, daha bir neçəsinin vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisəni araşdırmağa başlayıb.

Paylaş

 Xəbəriniz olsun