Hindistanda etiraz aksiyaları zamanı ölənlərin sayı 17 nəfərə çatıb

  • Space TV
  • 21 Dekabr 2019 10:52

Hindistanın Uttar-Paradeş ştatında “Vətəndaşlıq haqqında” qanuna düzəlişlərin qəbuluna qarşı etirazlar zamanı altı nəfər toqquşmada həlak olub.

Bu barədə “NDTV” telekanalı ştat polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı etirazçılarla toqquşmalarda xəsarət alıb. Polis əməkdaşlarının odlu silahdan istifadə etmədiyi də qeyd edilir.

“Hindustan Times” isə öz növbəsində bildirir ki, cümə günü Hindistanda etirazlar zamanı həlak olanların ümumi sayı 17 nəfərə çatıb.

Kütləvi etiraz aksiyaları və iğtişaşlar ötən həftənin ortalarında Hindistan parlamenti “Vətəndaşlıq haqqında” qanuna yeni düzəlişləri təsdiq etdikdən sonra başlamışdı.  Düzəlişlərə əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan  qeyri-müsəlmanlar öz vətənlərində sıxışdırıldıqları halda, Hindistan pasportunu sadələşdirilmiş prosedur üzrə ala bilərlər.

Qanun düzəlişin konstitusiyanı pozduğunu düşünən hindistanlı müsəlmanların narazılığına səbəb olub. Belə ki, onların fikrincə, bu yeniliklər dini əlamətinə görə formal dünyəvi ölkədə vətəndaşların bir hissəsini sıxışdırır.

Narazılıqlar ölkənin şimal-şərq ştatlarının sakinləri arasında, o cümlədən Assamda da etirazlara səbəb olub. Etirazçılar Banqladeşdən gələn milyonlarla insanın onların torpaqlarında qanuni şəkildə məskunlaşacaqlarından ehtiyat edirlər.

Mövzu ilə əlaqədar

Paylaş

 Xəbəriniz olsun