Hindistanda COVID-19-a yoluxanların sayı bir milyonu keçdi

  • Space TV
  • 17 İyul 2020 10:59

Hindistanda koronavirusa yoluxanların sayı bir milyonu keçib.

Bu barədə space tv-ın onlayn statistikasından məlum olur.

Pandemiya müddətində Hindistanda 1 005 637 yoluxma halı qeydə alınıb. Ölkə dünya üzrə koronavirusa yoluxma siyahısında üçüncü yerdədir.

COVID-19 qurbanlarının sayı isə 25 609 nəfərdir.

Yerli saytların məlumatına görə, epidemiyadan ən çox Maharaştra ştatı zərər çəkib. Bu bölgədə 284 281 yoluxma halı qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun