Hindistan yoluxma sayına görə ilk üçlükdə

  • SpaceTV
  • 6 İyul 2020 14:07

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında Rusiyanı qabaqlayaraq, üçüncü sıraya qalxıb.

Bu barədə space tv-ın onlayn statistikasında qeyd edilir.

Hindistanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yoluxma hallarının sayı 699 402-ə çatıb və bu göstəriciyə görə yalnız ABŞ və Braziliyadan geri qalır. Hindistanın qabaqladığı Rusiyada isə yoluxma hallarının sayı 687 862-yə bərabərdir.

Xatırladaq ki, Hindistanda ardıcıl üç gündür ki, sutkalıq 20 mindən artıq yoluxma qeydə alınır.

Paylaş

 Xəbəriniz olsun