Hindistan və Çin zirehli texnikalarını Ladaxdan çıxarırlar

  • Space TV
  • 12 Noyabr 2020 13:56

Hindistan və Çin zirehli texnika, artilleriya və digər ağır silahları iki ölkə arasında Şərqi Ladaxdakı təmas nöqtələrindən çıxarmaq barədə razılığa gəliblər.

Spacetv.az xəbər verir ki, bu barədə “The Times of India” Hindistanın hərbi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, silahların geri çəkilməsi Ladaxın şərqindəki Panqonq-Ço-Çuşul bölgəsindən üç mərhələdə baş verəcək. Bu, yüksək dağlıq bölgədə davam edən yeddi aylıq hərbi gərginliyin aradan qaldırılması istiqamətində böyük bir addım olacaq.

Hindistan-Çin sərhədində Şərqi Ladaxda vəziyyət may və iyun aylarında Çin və Hindistan əsgərləri arasında baş verən qarşıdurmalardan sonra kəskinləşib.

Nəticədə, azı 20 Hindistan, 45 Çin əsgəri öldürülüb. Bundan sonra Yeni Delhi və Pekin qoşunlarının bölgədəki konsentrasiyasını genişləndiriblər. Ladaxdakı Hindistan qruplaşmasının sayı 50 min hərbçidir.

Paylaş

 Xəbəriniz olsun