Hikmət Hacıyevdən növbəti erməni barbarlığı barədə paylaşım – FOTO

  • Space TV
  • 9 Noyabr 2020 14:13

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında erməni vəhşilikləri barədə paylaşım edib.

O, erməni barbarlığının növbəti sübutu olan meşələrin məhv edilməsindən yazıb.

“Ekologiya Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terroru və fəlakəti müəyyən etdi. Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri ləğv edildi. Vəhşi heyvanlar da bundan kənarda qalmayıb”.

Paylaş

 Xəbəriniz olsun