Hikmət Hacıyev: “Yaşayış yerlərinin hədəf alınması Ermənistanın barbarlıq və vandalizminin göstəricisidir”

  • Space TV
  • 5 Oktyabr 2020 12:24

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərində mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və çaxnaşmada olduqlarını göstərir”, – Prezidentin köməkçisi vurğulayıb. 

Paylaş

 Xəbəriniz olsun