Hikmət Hacıyev: “Türkiyə, Pakistan və Macarıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”

  • Space TV
  • 2 Oktyabr 2020 14:50

“Azərbaycanın işi haqq işidir”.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində olan əhval-ruhiyyə hamıda qürur hissi yaradır: “Bu, Azərbaycan xalqının əzmidir. Torpaqlarımızın azad olunması Azərbaycan xalqının tələbidir. Qardaş Türkiyənin Azərbaycana göstərdiyi diqqəti də yüksək qiymətləndiririlk. Dost və qardaş Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Bu günlərdə Macarıstan tərəfindən də dəstək ifadə olunub. Bizim məqsədimiz işğaldakı ərazilərimizi azad etməkdir”.

Paylaş

 Xəbəriniz olsun