Hikmət Hacıyev İstanbulda beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr apardı

  • Space TV
  • 8 Sentyabr 2020 13:44

“İstanbulda akkreditə olunmuş beynəlxalq media qurumlarının nümayəndələri ilə geniş diskussiya və açıq dialoq qurmaq çox xoş təəssürat yaratdı”.

Spacetv.az xəbər verir ki, bunu hazırda İstanbulda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

H. Hacıyev bildirib ki, beynəlxalq media qurumları ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr aparılıb.

Paylaş

 Xəbəriniz olsun