Hikmət Hacıyev İsrailə təşəkkür edib: “Bir həyatı xilas edən bütün dünyanı xilas edir”

  • Space TV
  • 5 Mart 2021 11:43

“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.

Spacetv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, – o, “Şindlerin siyahısı” filmindən sitat gətirib.

Paylaş

 Xəbəriniz olsun