Hikmət Hacıyev: “Ermənistan sülhdən danışdığı halda danışıqlar prosesini məhv edir”

  • Space TV
  • 3 Noyabr 2020 15:17

“Dünyanın müxtəlif ölkələrində olan ermənilər Azərbaycana qarşı müharibəyə təhrik edilirlər. Bu kimi açıqlamalar bütün cəhdlərə qarşı böyük bir zərbədir”.

Spacetv.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan sülhdən danışdığı halda, danışıqlar prosesini məhv edir:

“Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanlara qarşı hücumlar davam etməkdədir. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən fosfor tərkibli silahlardan istifadə edilməyə başlanılıb”.

Paylaş

 Xəbəriniz olsun