Hikmət Hacıyev erməni terrorunu maliyyələşdirənlərlə bağlı BMT-yə üzv dövlətlərə müraciət etdi – FOTO

  • Space TV
  • 6 Noyabr 2020 16:21

“Azərbaycan BMT-yə üzv dövlətləri öz ərazilərində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxmağa çağırır”.

Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi həmçinin, erməni diasporunun qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait topladığını qeyd edib.

H.Hacıyev öz paylaşımında bu fəaliyyətlə məşğul olan təşkilatların adlarını yazıb.

Paylaş

 Xəbəriniz olsun