Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”

  • SpaceTV
  • 30 Oktyabr 2020 11:36

Bakı Qarabağ münaqişəsinin həlli üçün yeni bir mexanizmə ehtiyac olmadığını hesab edir və mövcud olan bütün imkanlardan istifadə etməyə hazırdır.

Spacetv.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində deyib.

“Hazırda fərqli fikirlər var: təmas qrupu, təmas mexanizmləri yaratmaq. Ancaq eyni zamanda ATƏT-in Minsk Qrupu formatı mövcuddur. Azərbaycan bütün imkanlardan istifadə etməyə hazırdır. Ən əsası münaqişənin siyasi həll yolunu tapmaq və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsidir”, – deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan destruktiv siyasət nümayiş etdirir və münaqişənin siyasi yolla həll olunmasında maraqlı deyil:

“Danışıqlar prosesi o zaman uğurlu ola bilər ki, normal danışıqlar apara biləcəyiniz bir tərəf olsun. Ancaq mövcud vəziyyətdə danışıqlar prosesi çərçivəsində belə bir tərəfdaş yoxdur”.

Paylaş

 Xəbəriniz olsun