Hicran Hüseynova istefa verəcək

  • Space TV
  • 13 Fevral 2020 11:19

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad ediləcək.

SPACE TV  xəbər verir ki, buna səbəb H.Hüseynovanın fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən qalib olmasıdır.

O, seçkilərə qatıldığı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən müvəqqəti gedib, məzuniyyət götürüb.

H.Hüseynovanın deputat seçildiyi rəsmiləşərsə, icraedici orqandakı vəzifəsindən azad ediləcək.

Paylaş

 Xəbəriniz olsun