Heydər Əliyevin anım günü respublikamızın hər yerində qeyd olunub.

  • SpaceTV
  • 12 Dekabr 2019 15:42

Bu gün səhər saatlarında minlərlə Hacıqabullu dahi şəxsiyyətin adını daşıyan parka gəlib. Parkda böyük izdiham yaşanıb. Sakinlər Ulu öndərin abidəsini ziyarət edərək abidənin önünə təzə-tər gül dəstələri düzüblər. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər Heydər Əliyevin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Tərtərdə də böyük izdihamı ilə qeyd olunub. Anım günü ilə əlaqədar rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakinləri Ulu öndər Heydər Əliyevin rayonda  ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, tərtər daim Ümummilli liderin diqqət və qayğısını hiss edib. Tərtərlilərdə, hər zaman dövlətinə, ölkə rəhbərinə və ümumilli liderinə öz sədaqətini nümayiş etdiriblər. Gün boyu Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzinə gələrək ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentlərlə tanış olublar.

Bu gün Ümummilli lideri yad edən Qax sakinləri dahi şəxsiyyətə ehtiramlarını göstəriblər. Səhər saatlarından etibarən balacadan -böyüyə,yaşlıdan-cavana hər kəs Ulu Öndərin Qax şəhərində ucaldılmış abidəsi ətrafına axın ediblər.Onlar dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb,ehtiramlarını bildiriblər.

Ulu Öndərin anım günündə Qax şəhəri ilə yanaşı rayonun kəndlərindən də minlərlə sakin şəhər mərkəzinə axın edib.

Ölkəmizin Şimal bölgəsində də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü qeyd edilib.Qubada ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimində böyük izdiham yaşanıb.Minlərlə  rayon sakini  Ulu Öndərin adını daşıyan parkda dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər.

Abidə önünə gül-çiçək düzən qubalılar xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsini anıb , dualar ediblər.

Ulu öndərin əziz xatirəsi Salyanda da ehtiramla anılıb. Yüzlərlə salyanlı Azərbaycanın xilaskarının abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. Anım günü ilə bağlı növbəti mərasim Heydər Əliyev Mərkəzində baş tutub. Ulu öndərin xatirəsinə həsr olunan filim nümayiş olunub. Konfransda milli liderin həyat və siyasi fəaliyyətindən söz açılıb. Sonda əbədi bədii kompaziya nümayiş olunub.

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on altıncı ildönümü Azərbaycanın hər yerində olduğu kimi, Masllı rayonunda da qeyd olunub. Ümumxalq ziyarətində iştirak etmək üçün Masallılılar səhər saatlarından başlayaraq ulu öndərin şəhərin mərkəzindəki abidəsi önünə gəliblər. Anım mərasimində hüquq-mühafizə orqanlarının əməkdaşları,idarə, müsəssisə və təşkilatların eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ulu öndərin xatirəsinə təşkil edilmiş ümümrayon ziyarəti axşam saatlarına qədər davam edib.

BÖLGƏLƏR SPACE TV

Paylaş

 Xəbəriniz olsun