“Heydər Əliyev örnək götürülməli böyük liderdir” – Türkiyə səfiri

  • SpaceTV
  • 12 Dekabr 2019 13:32

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

SPACE TV-in xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev örnək götürülməli böyük bir liderdir.

“Heydər Əliyev Azərbaycanın müstəqil olacağı günləri arzulayırdı. O, müstəqillikdən sonra da Azərbaycanın necə güclənəcəyini düşünməklə ömrünü keçirdi. Hətta həyatını təhlükəyə atdı. Türk dünyasının başı sağ olsun. Belə bir lider hər zaman dünyaya gəlmir”, – deyə E. Özoral qeyd edib.

Paylaş

 Xəbəriniz olsun