Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü

  • Space TV
  • 28 Avqust 2020 15:43

Səhhətində yaranan problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb. 

Spacetv.az xəbər verir ki, Yenisabah.az-a danışan rejissor Prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirib:

“Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir.

Özümü pis hiss edirdim, zəifləyirdim. Hazırda sistem qoyulub. Mədə-bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndəriləcəyəm. Anar Ələkbərova dərin təşəkkürümü bildirirəm”.

Paylaş

 Xəbəriniz olsun