Heydər Əliyev Fondu müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirdi

  • SpaceTV
  • 18 Mart 2020 15:14

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib.

SPACE TV xəbər verir ki, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

Paylaş

 Xəbəriniz olsun