Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir -FOTO

  • SpaceTV
  • 12 Sentyabr 2019 11:13

Space TV –nin Fonddan aldığı məlumata görə, Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşaqlara hədiyyə verir. Hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Belə ki, Fond uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. 

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.

Paylaş

 Xəbəriniz olsun