“Heydər Əliyev anama deyir, oğlunu azad edəcəyəm” – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2019 11:37

​“Heydər Əliyev gəlişi ilə məni həyata qaytarıb. Üç dəfə məni ölümdən qurtarıb”. Space TV-nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində İmam Hüseyn məscidinin axundu Hacı Əbdül belə deyib: “Heydər Əliyev rəhmətlik hakimiyyətə gəldikdən sonra anam Heydər Əliyevin qəbuluna gedir. Xahiş edir ki, mənim oğlumu azad et, mənim oğlumun günahı yoxdur. Heydər Əliyev anama deyir, oğlunu azad edəcəyəm, sənin kimi ananın belə də oğlu olar. Bundan sonra Baş Prokuror Çingiz Qəniyevə zəng vurub deyir ki, onu azad edin”. Xalq Cəbhəsinin hakimiyyəti dövründə həbsə atıldığını deyən Hacı Əbdül bu hakimiyyətin təmsilçiləri ilə anlaşa bilmədiyini bildirib: “1992 –ci il idi. Xızı rayonunda bir icra başçısı vardı. Camaat ondan şikayətçi idi. Hər yerə getmişdilər, şikayətlərinə qulaq asan yox idi. Gəldilər mənim yanıma, dedilər bizim şikayətimizi Ali Sovetdə İsa Qəmbərə çatdır. Mən də gəldim İsa Qəmbərin yanına. İsa Qəmbər qayıtdı dedi ki, Hacı, sən bizim adam deyilsən, sən bizim adam olsaydın biz sənin şikayətinə baxardıq. Dedim bu mənim şikayətim deyil, xızılıların şikayətidir. Demək olar ki, Xalq Cəbhəsi ilə rəqib idik. O dövrü yoxlasanız görərsiniz ki, mənim deputatlıq toxunulmazlığım bəlkə də ayda 10 dəfə pozulub”.

Paylaş

 Xəbəriniz olsun