Hektarlarla əkin sahəsi yandı

  • SpaceTV
  • 2 Sentyabr 2019 15:05

Şabran rayonu Mollakamallı kəndində biçilmiş əkin sahəsində yanğın baş verib. Yanğın yerinə Şabran rayon Dövlət Yanğından Mühafizə Hisəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Nəticədə 3 hektar biçilmiş əkin sahəsi yanıb. Ümumilikdə isə  gün ərzində rayonda baş verən yanğınlar nəticəsində  10 hektar biçilmiş taxıl sahəsi, 5 hektar quru ot və kol-kos yanıb. Baş verən yanğınlar  zamanı yaxınlıqdakı tikililər  mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun