Heç vaxt görmədiyimiz boş və susqun Bakı

  • Space TV
  • 20 Aprel 2020 15:56

MARAQLISI BUDUR Kİ, KORONAVİRUSA GÖRƏ NOVRUZ ŞƏNLİKLƏRİ LƏĞV OLUNSA DA, BAYRAMDAN BİR AY ÖTMƏSİNƏ BAXMAYARAQ,  FƏVVARƏLƏR MEYDANINDA MART AYINDA HAZIRLANMIŞ GUŞƏLƏR QALMAQDADIR. LAKİN KARANTİN REJİJİNƏ GÖRƏ, BU MƏKANIN ƏTRAFI  ÇƏPƏRLƏNİB. ONSUZ DA GƏZİNTİ ÜÇÜN ŞƏHƏRƏ ÇIXAN DA AZ İDİ. APARDIĞIMIZ MÜŞAHİDƏLƏR ZAMANI ŞƏHƏRİN BU HİSSƏSİNDƏ ƏRZAQ DÜKANLARI VƏ APTEKLƏRDƏN BAŞQA İŞLƏYƏN OBYEKT GÖRMƏDİK. ƏN YAXŞI HALDA SİFARİŞ ÇATDIRILMASI İLƏ MƏŞĞUL OLAN MÜƏYYƏN RESTORAN ƏMƏDAŞLARI İLƏ RASTLAŞDIQ.

ƏKSƏR İNSANLAR KORONAVİRUSA GÖRƏ ÖLKƏMİZDƏ TƏTBİQ OLUNAN QAYDALARA TAM ƏMƏL EDİR, TÖVSİYƏLƏRİ REALLAŞDIRIR.  ƏHALİDƏKİ EHTİYAT, VİRUSDAN UZAQ OLMAQ İSTƏYİ AZ QALA İNSANLARI BİR BİRİLƏ ÜNSİYYƏTDƏN DƏ ÇƏKİNDİRİR. ADİCƏ BİR FAKTI DEYİM Kİ, ÇƏKİLİŞ ZAMANI  AZƏRBAYCAN VƏTƏNDAŞLARININ BİR QİSMİ, ƏCNƏBİLİLƏRİN İSƏ ÇOXU MÜSAHİBƏDƏN YAYINDI. BUNU İNTERVYU ALARKƏN QORUNMALI OLAN ARA MƏSAFƏSİNƏ DƏ BAĞLAMAQ OLAR.  ƏLBƏTTƏ İNSANLARIN KARANTİN REJİMİNƏ RİAYƏT ETMƏSİ SEVİNDİRİCİDİR. ÇÜNKİ LENTƏ ALDIĞIMIZ KADRLARDA GÖRDÜYÜNÜZ  İNSANLAR YA HƏMİN ƏRAZİDƏ YAŞAYANLAR,  ÇALIŞANLAR, YA DA ASAYİŞ KEŞİKÇİLƏRİ İDİ. BU İSƏ O DEMƏKDİR Kİ, XALQ DÖVLƏT ƏTRAFINDA BİRLƏŞİR, HÖKUMƏTİN HƏYATA KEÇİRDİYİ SİYASƏTİ DƏSTƏKLƏYİR. BÜTÜN SADALANAN FAKTLAR İSƏ, AZƏRBAYCANI BƏZİ ÖLKƏLƏRİ CƏNGİNƏ ALAN KORONAVİRUSUN AĞIR NƏTİCƏLƏRİNDƏN HƏR GÜN DAHA DA UZAQLAŞDIRIR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun