Heç bir mövzuda danışılmayacaq

  • SpaceTV
  • 16 Avqust 2019 12:26

Koreya Xalq Demokratik Respublikası daha Cənubi Koreyayla hər hansı danışıqlar aparmaq niyyətində deyil. Şimali Koreya Komitəsinin nümayəndəsi vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya hakimiyyəti ilə daha heç bir mövzuda danışmaycaq.

Şimali Koreyanın Vətənin Sülhlə Birləşməsi üzrə Komitəsinin nümayəndəsi Cənubi Koreya Prezidenti Mun Çje İnin Koreyanın azad olması Günü münasibəti ilə çıxışından sonra, qarşı tərəfi tənqid edib və bildirib ki, rəsmi Pxenyan yenə Cənubi Koreya hökuməti ilə danışıqlar masasına əyləşmək niyyətində deyil. Kareya Xalq Demokratik Respublikası nümayəndəsi iddia edib ki, Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında gələcək danışıqların hesabına balıq ovu əldə etmək istəyir. “Onların belə mühakiməsiz arzulardan tez imtina etmələri daha yaxşı olardı”, – deyə nümayəndə  şərhində bildirilir.

Şimali Koreya Komitəsinin nümayəndəsi həmçinin vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya hakimiyyəti ilə daha heç bir mövzuda danışmayacaq.

Paylaş

 Xəbəriniz olsun