Hazırlıqdan ölümə gedən yol

  • Space TV
  • 17 Dekabr 2019 18:03

Bir neçə gün Binəqədi rayonunda Asəf Zeynallı küçəsi ilə Binəqədi şosesinin kəsişməsində dərs hazırlığından gələrkən 2 şagirdin ölümünə səbəb olan ağır yol qəzası həftənin ən səs-küylü hadisələrindən biri kimi yadda qaldı.Bu yolda həm  nəqliyyat vasitələrinin nizamsız hərəkəti, həmdə gecə saatlarında magistralın işıqlandırılmaması sözügedən ərazidə dəflərlə insan itkisi ilə nəticələnən qəzaları qaçılmaz edib.

Hadisənin baş vermə səbəblərindən biri əgər yol hərəkəti qaydasının  pozulmasıdırsa, digər bir səbəb də dünyasını dəyişmiş 11 ci sinif şagirdi Tural Cabbarov və 10 cu sinif şagirdi  Dilarə Sultanlının gec saatlarda hazırlıqdan evə dönmələri idi.

Elə həmin hadisədən sonra ölkədə fəaliyyət göstərən minlərlə şagirdin repetitor yanına getməsi məsələsi yenidən gündmə gəldi.Hər bir valideyn düşünür ki, onun övladı bütün uşaqlardan bacarıqlı, ağıllı və savadlı olmalıdır. Bəli bu arzular bəyəniləndir.Amma bəzən zərurət olmadıqda da bəzi valideynlər uşaqlarını repititor yanına göndərirlər. Hazırda ölkədə 4472 ümumtəhsil orta məktəb fəaliyyət göstərir ki, bu təhsil ocaqlarında da 1.5 milyon şagird təhsil alır. Gələcəkdə təhsilini davam etdirmək niyyətində olan şagirdlərin böyük əksəriyyəti bu gün məktəbin verdiyi biliklərlə kifayətlənməyərək repititor xidmətindən də istifadə edirlər.

Günün 24 saatının az qala 14-15 saatını hazırlığa  ayırırlar: 6 saat dərs müddəti və hər müəllimində öz tapşırığı, eləcədə hər gündə 3 müəllim yanında hazırlığa getmək.Bu azmış kimi hələ istirahət saatlarında da dərs tapşırığı ilə məşğul olmaq. Bəs, sual olunur, repetitor yanına  getmədən univeristetə hazırlaşmaq və ya bilik əldə etmək mümkün deyilmi?Dünyasını dəyişən şagirdlərdən biri Tural Cabbarovun atasının sözlərinə görə övladı oxuduğu məktəbdə əlaçı olmasına baxmayaraq 2 il imiş ki, hazırlığada gedirmiş.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, hazırda şagirdlərin hazırlıq kurslarına və repetitor yanına getməsinin başlıca səbəblərindən birincisi  orta məktəblərdə tədrisin əmək bazarının tələbinə və müasir standartlara cavab verməməsi,dərsdən sonra repetitor kimi fəaliyyət göstərən müəllimlərin lazım olan bilik və bacarıqları şagirdlərə öyrətməkdə  maraqlı olmamaları, həmçinin dərsliklərin informasiya yükünün çox və ağır olmasıdır

Əgər şagirdə  11 il ayaq basdığı təhsil ocağında   təhsil verilib, elm öyrədilirsə axı o, nədənəlavə xərc və vaxt itirərək hazırlığa getməyə məcbur olur? Kamran Əsədovun sözlərinə görə şagirdlərin məktəbdən çox hazırlıqlarda vaxt keçirmələri,onlarda maddi itkiylə yanaşı,mənəvi, psixoloji və fiziki itkiyə səbəb olur.Odur ki, bu sahədə müəllimlərə deyil, repetitorluğa qarşı əsaslı şəkildə mübarizə  aparmaq lazımdır deyə ekspert qeyd edir.Odur ki, öncə repetitor xidməti qanuniləşdirilib yalnız lisenziya almış şəxslərin bu işlə məşğul olmasına icazə verilməlidir.

Ekspertlər düşünürlər ki, rayonlar üzrə liseylərin sayını çoxaltmaqla 9 illik təhsil müddətindən sonra şagirdlərin seçəcəyi ixtisaslar üzrə təmaülləşmiş  siniflərdə təhsillərini davam etdirməlidirlər.Yalnız bu yolla hazırlıq kurslarına,repetitor yanina gedən şagirdləri elə təhsil aldıqları məktəblərə yönləndirmək olar.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun