Hazırlıq qrupları fəaliyyətə başlayıb

  • SpaceTV
  • 1 Oktyabr 2019 17:53

2019-2020-ci il tədris ilində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 264 ümumi təhsil müəssisəsində yaradılan 970 məktəbəhazırlıq qrupuna 26 minə yaxın uşaq müraciət edib.Məktəbə hazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.Həmçinin bu uşaqlarda bədii təfəkkür inkişaf edir, yaradıcılıq potensialı üzə çıxır..Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı”, “ Təsviri fəaliyyət”, “Musiqi” məşğələləri keçiriləcək.Qeyd edək ki, yaradılan məktəbəhazırlıq qruplarında dərs ili 2 yarımilə bölünür.Qruplarda məşğələlər oktyabrın 1-dən mayın 31-nə kimi olan dövrü əhatə edir.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun