Dünyada sürətlə yayılmaqda davam edən koronovirus azərbaycana da təsirsiz ötüşmədi .Ölkəmizdə yoluxma sayının artması ilə yanaşı ,xaricdə yaşayan azərbaycanlılarda da yoluxma faktı gündən günə artır.
Uzun müddətdir Fransada yaşayan həmyerlimiz Mirvari Fətəliyeva , 5-6 gün davam edən yorğunluq , halsızlıq və əsasən də nəfəs darlığından sonra xəstəxanaya müraciət edib və onda Covid 19 virusu aşkarlanıb.
Həmyerlimiz deyir ki, Fransada xəstəxanalarda yer az olduğundan ,yüksək temperaturu olmayan və nəfəs almaq imkanını tam olaraq itirməyən xəstələr ev şəraitində müalicə almaq məcburiyyətində qalırlar. Belə vəziyyətin yaranmasını da Fransanın qabaqlayıcı tədbirləri gecikdirməsi ilə əlaqələndirir.
O virusa harada yoluxduğunu tam dəqiq anlamasa da , son zamanlar ticarət mərkəzlərində və toy məclisində iştirak etdiyini deyir. Mirvari xanım həmçinin bildirdi ki, sağlam görünən insanlar belə daşıyıcı ola bilər və digərlərini yoluxdura bilərlər
“İnsanlar düşünür ki, bu virusa 1 dəfə yoluxduqdan sonra bədən öz muqavvimətini artırır və bu xəstəliyə qarşı immunitet yaranır,ama təəsüf ki, bu xəstəliyə yoluxub sağalanlar yenidən koronavirusa yaxalana bilərlər. Bu səbəbdən də öncədən evdə qalmalı və özünüzü qorumalısınız ki, bu vəziyyətə düşməyəsiz” deyə o bildirir.
Qeyd edək ki, Fransa hazırda yoluxma faktına görə dünyada 4 cü yerdədir.Və burada virusa yoluxanların sayı 109.069, virus səbəbindən ölənlərin sayı isə 10.328 nəfərdir.
ELVİRA SƏFƏRLİ SPACE TV