Hazırda Azərbaycanın avtomobil bazarında durğunluq müşahidə olunur

  • Space TV
  • 14 Aprel 2020 10:08

Hazırda Azərbaycanın avtomobil bazarında durğunluq müşahidə olunur. Lakin ölkəmizdə fəaliyyət göstərən avtosalonların bağlı olmasına baxmayaq, rəsmi dilerlər onlayın qaydada müştərilərlə ünsiyyətdə olurlar. Telefon nömrələri, qaynar xətlərlə, müxtəlif internet vasitələri ilə müştərilər maraqlanırsa həmin avtomobillərin istehsalı haqqında məlumatları alır və qiymətlərlə maraqlanırlar.

Ekspert Eldəniz Cəfərov həmçinin qeyd etdi ki,  hazırda müəyyən avtomobillərə təlabat var. Amma buna baxmayaraq qiymətlərin enməsindən söhbət gedə bilməz. Karantin rejimindən sonra da qiymətlərin enməsi gözlənilmir.

Onu da qeyd edək ki, ötən il Azərbaycana 43 minə yaxın minik  avtomobil idxal olunub. Təəssüf ki,  bu avtomobillərin böyük əksəriyyəti köhnə avtomobillərdir. Ekspert bunu yeni avtomobil almaq üçün nəzərdə tutulan  kredit faizlərinin yüksək olması ilə əlaqələndirir.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun