Havanın temperaturu mənfi 52 dərəcəyə çatdı

  • Space TV
  • 26 Noyabr 2019 10:53

Saxa-Yakutiya Respublikasının Verxoyansk şəhərində havanın temperaturu mənfi 52 dərəcəyə qədər düşüb.

SPACE TV verir ki, bu barədə respublikanın hidrometrologiya idarəsi məlumat yayıb.

Məlumatda Bataqay yaşayış məntəqəsində mənfi 51 dərəcənin olduğu bildirilir. Mənfi 45 dərəcədən aşağı temperatur Momsk, Öymyakon və Tompson rayonlarında qeydə alınıb.

Verxoyansk məktəblərində dərslər məhdudlaşdırılıb.

Paylaş

 Xəbəriniz olsun