Havalar isindikcə, ilansancma halları da artmaqdadır

  • SpaceTV
  • 26 May 2020 14:46

Rayonun Suvagil kənd sakini, 46 yaşlı Nəcəf Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman əyninə gödəkçə geymək istədikdə, gödəkçənin qolunda gizlənən gürzə ilanı onun sol  əlindən sancıb. Nəcəf Balayev yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf  Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Nəcəf  Balayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun