Havalar isindikcə Aranda yaşayan arıçıların da qayğısı artır

  • SpaceTV
  • 17 Aprel 2020 14:08

Təmiz bal əldə etmək üçün iynəli canlıları dağlara, çiçəkli məkanlara aparmaq lazım gəlir. Amma bunun üçün arılar gərək tam hazır ola. Mingəçevirdə yaşayan Ağdərə rayon sakini Babaş Qəribov 60 ildən artıqdı arı bəsləməklə məşğuldur. Hazırda bal arılarının zəiflərini müalicə edərək, onların gücnü dahada artırmağa çalışır.

Dağlar qoynuna gedən canlıların bütün tədarükü əvvəldən görülür. Beləki arıçı ramkalardan istifadə edilməyən şanları yığaraq onu əridib yenidən istifadəyə yararlı hala gətirir.

Babaş Qəribov “may balı”nın süzüləndən dərhal sonra istifadə edilməsini də doğru saymır. Onun fikirncə həmin məhsul, təxminən iki ay saxlanandan sonra tam keyfiyyətli bala çevrilir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun