Havada müşahidə edilən toz dumanı sentyabrın 9-na kimi davam edəcək

  • Space TV
  • 7 Sentyabr 2020 13:22

Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir. 

Milli Hidrometeorologiya Xidmətindən Spacetv.az-a verilən məlumata görə, peyk müşahidələrinə əsasən transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının sentyabrın 9-u axşam saatlarınadək davam edəcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun