Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya departamentini bu günün hava məlumatını açıqlayıb. Space TV- nin məlumatına görə, departamentindən bildirilib ki, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Tibbi-meteoroloji proqnoza əsasən, bu gün və sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.