Hava şəraitinin dəyişməsi Mingəçvirdə fəsadsız ötüşməyib

  • SpaceTV
  • 7 May 2020 15:47

Şəhərin müxtəlif ünvanlarında irigövdəli ağaclar kökündən qopub. Yerli sakinlər yağış, ardından əsən külək nəticəsində çinar və digər ağacların aşdığını bildiriblər. Qeyd edək ki, hadisə zamanı hər hansı xəsarət qeydə alınmayıb, ağac aşan küçələrdə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb. Aşan ağaclar adiyyat qurumlar tərəfindən ərazidən götürülüb. Şəhər sakinləri bildirib ki, yağışın davamlı yağması irigövdəli yaşlı ağacların təbiət hadisəsinə tab gətirməmisə səbəb olub. Mingəçevirdə gecə saatlarında bəzi ərazilərdə təhlükə saçan ağaclarda kəsilərək götürülüb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun