Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

  • SpaceTV
  • 12 Dekabr 2019 10:25

Kanada Milli Hava Bürosu şiddətli şaxtaların başlaması ilə əlaqədar ölkə sakinlərinə xəbərdarlıq edib.

SPACE TV  TASS-a istinadən xəbər verir ki, Kanadanın bəzi bölgələrində havanın temperaturunun mənfi 50 dərəcəyə enməsi gözlənilir.

Şiddətli şaxtaların ölkənin əsasən Yukon, Şimal-qərb əraziləri, Alberta, Kvebek, Ontario, Nyufaundlend və Labrador əyalətlərini əhatə edəcəyi bildirilib.

Ontario və Britiş Kolumbianın cənubunda, habelə Nova Şotlandiyanın şimalında 15-25 sm aralığında qar yağacağı ehtimal edilib.

Həddindən artıq soyuq və güclü yağış yağması nəticəsində Kanadanın bu bölgələrində məktəblərin bağlanılması mümkündür. Bu qərar hələlik yalnız Nova Şotlandiyada tətbiq edilib.

Paylaş

 Xəbəriniz olsun