Hava limanı bombardman edildi, təyyarə geri döndü

  • SpaceTV
  • 18 Fevral 2020 13:20

Liviyanın paytaxtı Tripolinin Mitiqa Beynəlxalq Hava Limanının fəaliyyəti silahlı atışmalar səbəbindən müvəqqəti dayandırılıb.

SPACE TV xəbər verir ki, bu barədə aeroportun Feysbuk səhifəsində məlumat yayılıb.

“Liviya Hava Yollarına məxsus təyyarə havaya qalxan zaman “Mitiqa” hava limanı bombardmana məruz qaldı. Nəticədə təyyarə hava limanına geri qayıtmağa məcbur olub. Növbəti xəbərdarlığa qədər aeroportun fəaliyyəti dayandırılıb”, – deyə açıqlamada bildirilib.

Paylaş

 Xəbəriniz olsun