Hava ilə əlaqədar Bakının bu yollarında sürət həddi endirildi

  • Space TV
  • 9 Fevral 2020 09:20

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

SPACE TV  bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur:

“Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, metereoloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər. Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb”.

Paylaş

 Xəbəriniz olsun