Hava günəşli olacaq

  • SpaceTV
  • 21 Avqust 2019 11:35

Space TV məlumat verir ki, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi bu gün Bakı və Abşeron ərazisində  havanın   günəşli keçəyini, Şimal küləyinin cənub-şərq küləyi ilə əvəz olunacağını bildirib.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə ediləcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu bəzi yerlərdə 42 dərəcəyə qədər yüksələcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sabaha gözlənilən hava şəraiti bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda meteohəssas insanlar üçün əlverişsizdir.

Paylaş

 Xəbəriniz olsun