Hasilat artacaq

  • SpaceTV
  • 20 Sentyabr 2019 11:00

“Gələn il ölkədə neft və qaz hasilatında artım gözlənilir”. Bu sözləri Energetika naziri Pərviz Şahbazov keçirilən mətbuat konfransında bildirib.

Bu il ölkədə 38 milyon ton neft hasil ediləcəyi, gələn il isə bu rəqəmin, təxminən, 1 milyon ton artacağı proqnozlaşdırılır. Qaz hasilatında isə 19%, yəni 5,8 mlrd. kubmetr,  ixracında 25% artım gözlənilir.  Bu barədə energetika naziri Pərviz Şahbazov keçirilən mətbuat konfransında bildirdi.  Nazirin sözlərinə görə gələn il qaz hasilatının 40,2 mlrd. kubmetrə, 2021-ci ildə isə 45mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır.

Nazir qeyd etdi ki, “Şahdəniz” yatağından qaz hasilatının  bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir. İndiyədək isə bu yataqdan 110,8 mlrd. kubmetr qaz hasil edilib.

Pərviz Şahbazov sentyabrın 14-də Husi üsyançılarının dronlarının Səudiyyə Ərəbistanında Saudi Aramco-nun idarə etdiyi dünyanın ən böyük neft emalı zavoduna hücumunu da şərh etdi. O qeyd etdi ki, bu cür hadisələr neftin qiymətinin sadəcə kiçik məbləğdə dəyişməsinə qısa müddətli təsir göstərir.

Nazir  OPEC+,  OPEC çərçivəsində təcili toplantı keçiriləcəyi məsələsinə də münasibət bildirdi. O qeyd etdi ki, ilk günlərdə təcili iclasa ehtiyacın yaranması haqqında düşüncələr var idi. Bu gün artıq təcili iclasa ehiyac yoxdur.  Neftin qiyməti sabitdir, neft təchizatında problemlər yaşanmır. 

Nərgiz Ərəstunqızı Space

Paylaş

 Xəbəriniz olsun