Hara gəldi atılan tibbi maskalar təhlükə mənbəyidir-VİDEO

  • Space TV
  • 15 Avqust 2020 14:39

Tibbi maskaların istifadə olunduqdan sonra küçələrə atılması halları günü-gündən çoxalır.  Space TV-nin məlumatına görə, virus daşıyıcısı ola bilən şəxsin maskanı istifadə edib yerə atması insanlar arasında yoluxma riskini artıra bilər. Belə olduqda yoluxmanın qarşısını almaq üçün istifadə edilən maskalar özü virus mənbəyinə çevrilir.

Sanitar-epidemioloji qaydalara ciddi əməl edilməsi ölkəmizdə bir neçə gündür yoluxma sayının 100-dən aşağı düşməsi ilə nəticələnmişdi. Amma bu virusun yox olması demək deyil. Virus hələ bizimlədir. Bundan sonra yoluxmaların sayının daha aşağı düşməsi üçün sanitar-epidemioloji normalara tam ciddi şəkildə riayət etmək mütləqdir. İstifadə olunmuş maskaların da yerə yox, zibil qutularına atılması bu qaydalardan biridir.

ORXAN ŞÜKÜR, İBRAHİM ORUCOV, SPACE TV

Paylaş

 Xəbəriniz olsun