SPACE Müstəqil Teleşirkətinin ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub.

Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi “Space xəbər”dir. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. 

2021-ci il yanvar ayının 4-də telekanalın efir müddəti artırılaraq 18 saatdan 24 saata çatdırılıb. Həmçinin, yarandığı gündən “Hər Gün” adıyla fəaliyyət göstərən informasiya proqramının adı “Space Xəbər” olaraq dəyişdirilmişdir. Əvvəl gün ərzində saat 09:00, 12:00, 15:00, 18:00 və 20:15-də yayımlanan xəbər buraxılışlarının da vaxtı dəyişdirilərək oktyabrın 11-dək 11:00, 14:00, 17:00 və 20:00 olmuşdur.

13 yanvar 2021-ci ildə “Space TV” Bakı şəhəri üzrə HD yayım formatına keçib.

29 sentyabr 2021-ci ildən etibarən öz yenilikləri ilə tamaşaçıların görüşünə hazırlaşan “Space TV”nin 9 il sonra loqosu da dəyişdirilib.

Hazırda ekranın yuxarı sağ küncündə ənənəvi loqo əvəzinə, yeni dizaynda “Space” sözüdür.

12 oktyabr 2021-ci ildən etibarən “Space Xəbər” informasiya proqramının xəbər buraxılışları gün ərzində saat 11:00, 14:00, 17:00, və 20:00-da olmuşdur. Hazırda “Space Xəbər”in əsas buraxılışını telejurnalist Ceyhun Səfər təqdim edir.

Space televiziyası yeni əyləncəli, maarifləndirici verilişləri ilə yayımını yeni formatda davam etdirir.