“Haqibis”in qurbanlarının sayı artdı

  • SpaceTV
  • 16 Oktyabr 2019 11:46

Yaponiyada “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. 

TASS xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Məlumata əsasən,  zərərçəkənlərin sayı 220 nəfəri ötüb, 11 nəfər isə itkin düşüb. Qasırğanın daha çox qurbanı Fukusima, Miyaqi və Kanaqava prefekturasındadır.

Hazırda Tokio ərazisində təxminən 13 min mənzil və fərdi evin elektrik enerjisinin təchizatı dayandırılıb, ölkə üzrə isə 130 min evə su verilmir. 

Təbii fəlakətin yaşandığı ərazilərdə 230-dan çox məktəb işləmir, onlarla supermarket bağlanıb, 120-dən çox bankomat sıradan çıxıb.

Paylaş

 Xəbəriniz olsun