Hansı maskadan istifadə edilməlidir?

  • SpaceTV
  • 18 Aprel 2020 15:56

Koronavirusadan qorunmaq üçün istehsal edilən maskaların heç də hamısı bizi gözəgörünməz düşməndən qorumur. Hətta bəziləri əksinə daha təhlükəli və sağlamlığımıza ziyandır. Xüsusəndə qara maskalar. Türkiyəli professor Hüsnü Pullukçu bu qənaətdədir. Onun fikrincə yuyulan qara maskalar insanları virusdan qorumaq üçün uyğun deyil.

N95 və FFP2 maskalarına gəldikdə isə. Onlar sizi virusdan qoruya bilər. Lakin bununla yanaşı səhətinizdə problemlər də yarada bilər. Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Elza Orucova deyir ki, bu maskalardan xəstə ilə sıx təmasda olan tibbi işçiləri və laboratoriyada çalışanların istifadə etməsi məsləhətdir. Gündəlik istifadə üçün isə tövsiyə olunmur. Çünki adı çəkilən maskalar…

Bundan başqa evdə hazırlanan maskalar da etibarlı deyil. Cünki bu cür maskalarda istifadə olunan parca və iplər arasındakı məsafələr böyükdür. Bu isə bizi nəyinki virusdan qoruyur, hətta ona yoluxmanı daha da asanlaşıdıra bilər. Bəs hansı maskalar daha etibarlı və sağlamlığımıza ziyan deyil? 

İndi hər bir aptekdə istədiyiniz ölçüdə, formada, rəng və qiymətə uyğun maskalar var. Lakin işbazların toruna düşməyin. Qəşəng rəngdədir, bu daha ucuz və ya “bahadırsa yaxşıdır” deyib sağlamlığınızı təhlükəyə atmayın. Təyinatı üzrə olan maskalara üstünlük verin, gigiyenik və proflaktik üsullardan istifadə edin.

ALLAHVERDİ NADİROĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun