Hansı həkimlərin maaşı artırılıb ?

  • Space TV
  • 4 May 2020 16:18

Artıqkoronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə başlanılıb.Bakı şəhəri üzrə 122 tibb müəssisəsinin tibb işçilərinə, respublikanın digər şəhər və rayonları üzrə 5 tibb müəssisəsinin tibb işçilərinə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib. Mart ayı üzrə ümumilikdə 7698 nəfər tibb işçisinə müddətli əlavə ödənilib. Onların 2489nəfəri həkim, 4478nəfəri orta və kiçik tibb işçisi, 731 nəfəri isə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücüləridir.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr aşağıdakı qaydada ödənilib.Tibbi  profilaktik tədbirləri həyata keçirən 4484 nəfər işçiyə aylıq vəzifə maaşının 3 misli məbləğində

  1. Təcili tibbi yardım xidməti göstərən 2961 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 58 nəfər laboratoriya işçisinə aylıq vəzifə maaşının 4 misli məbləğində
  2. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 195 nəfər işçiyə aylıq vəzifə maaşının 5 misli məbləğində.

3.Mart ayı üzrə ümumilikdə tibb işçilərinə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin sürücülərinə 5.3 milyon manat  məbləğində müddətli əlavə ödənilib.

Məlumat üçün bildirək ki, müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir. Bütün  tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart ayı üzrə müddətli əlavələr digər tibb işçilərinə də ödəniləcəkdir.Artıq bu həftədən başlayaraq  aprel ayı üzrə müddətli əlavələrin hesablanması və ödənilməsi təmin ediləcəkdir.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən  tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinin müəyyən

edilməsi Agentliyə tapşırılmışdır. Agentlik 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın əhatə dairəsini aşağıdakı kimi genişləndirib

1.Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;

2.Təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri;

Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;

3.COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;

4.COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun