Çimərlik mövsümü başlamasa da artıq çimərliklərə istirahət üçün gələnlərə rast gəldik. Hətta suyun temperaturu normal olduğu üçün dənizə çimmək üçün girənlər də vardı. Bu görüntülər Xəzər dənizinin Kürdəxanı qəsəbəsinin ərazisindənki çimərliklərdəndi.
Qəsəbə ərazisindən dənizə axıdılan qurunt suları dəniz suyunun rəngini də bulanıq hala salıb.
Bir çox qeyri qanuni çimərliklərlə yanaşı Kürdəxanı qəsəbəsində də bu kimi çimərliklərlər fəaliyyət göstərir. Ətrafdakı zibillik, üfunət iyindən isə əraziyə yaxın durmaq mümkün deyil.
RespublikaGigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov isə deyir ki, may ayının əvvəli Abşeron yarımadasında qanuni fəaliyyət göstərən çimərliklərin ərazisində həm dəniz suyunun labarator tətqiqatı, həm də sahilyanı zolaqlarda sanitar gigyenik vəziyyətin öyrənilməsi üçün dəniz suyudan nümunələr götürülüb.
Bəs maraqlıdır görəsən nə vaxta kimi Xəzər dənizinin bu formada çirklənməsinə aidiyyatı qurumlar göz yumacaq.
Kürdəxanı bələdiyyəsinin sədri Ağəli Məsimov şifahi olaraq bildirdi ki, mövcud vəziyyətdən onlar da xəbərdardılar.Yaxın vaxtlarda bütün sahil boyu ərazilərdə məişət tullantılarının atıldığı yerlərdə zibil konteynerləri yerləşdiriləcək.O. ki, qaldı çirkab suların kürdəxanı qəsəbəsindən dənizə axıdılımasına,bu problem isə Pirşağı qəsəbəsinin ərazisindəki çirkab suların tənzimlənməsi qurğusunun tikintisinin başa çatmasından sonra öz həllini tapacaq. Mövzuya bir daha qayıdacayıq .Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu ildə çimərlik mövsümünün açılması iyun ayının 14-ə nəzərdə tutulur.
RƏŞAD VƏKİLOĞLU SPACE TV