Hande Harmancı onlayn təlimlərin keyfiyyətindən DANIŞDI

  • Space TV
  • 3 Fevral 2021 11:59

Gözləmədiyimiz anda onlayn sistem həyatımızın ayrılmaz hissəsinə çevrildi.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı məlumat verib.

O bildirib ki, bundan sonra onlayn təlimlərin keçirilməsinə daha çox diqqət ayrılacaq:

“Təlimlərdə iştirak edən həkimlərin, səhiyyə işçilərinin müsbət rəyləri bizim üçün önəmlidir. İstər mənfi, istərsə də müsbət məqamları bizimlə bölüşüb, bu təlimlərin gələcəkdə daha mükəmməl təşkilinə xidmət edə bilərsiniz”.

Onlayn təlimlərin yekun nəticələri ilə bağlı tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş

 Xəbəriniz olsun