Hamilə qalan məktəblinin başının kəsilməsi ilə bağlı polisdən açıqlama

  • SpaceTV
  • 8 Noyabr 2019 15:47

Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

SPACE TV xəbər verir ki, bu barədə “azxeber.com”-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.

Paylaş

 Xəbəriniz olsun