Hamilə qadın dünyasını dəyişdi

  • SpaceTV
  • 5 Dekabr 2019 14:56

İsmayıllıda bədbəxt hadisə baş verib. Belə ki, ana olmağa hazırlaşan qadın dünyasını dəyişib.

Axşam saatlarında rayonun Talış kənd sakini, 18 yaşlı Nərminə Arif qızı İbrahimova yaşadığı evin hamam otağında olarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri onu halsız vəziyyətdə bayıra çıxarıb. Hadisə yerinə  təcili – tibbi yardım xidməti çağırılıb və xəstə dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nərminə İbrahimova bu il ailə həyatı qurub və 8 aylıq hamilə olub. Ölümün səbəbləri ilə bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun