Hamburqda Avropanın ən böyük kokain partiyası müsadirə olunub

  • Space TV
  • 25 Fevral 2021 10:02

Hamburq limanında Avropa gömrük xidmətləri tarixində ən iri kokain partiyası müsadirə olunub.

Almaniyanın NDR teleradiosunun məlumatına görə, 16 tonluq xammal Paraqvaydan gələn konteynerlərə baxış zamanı aşkar edilib. Bununla yanaşı, Belçikanın Antverpen limanında da 7.2 ton “ağ ölüm” tapılıb. Hər iki yükün alıcısı eyni şəxs olub.

Sənədlərə görə, Cənubi Amerikadan gələn konteynerlərdə akril boya konistrləri daşınıb. Lakin 1700 ədəd konistrin içərisindən boya əvəzinə narkotik maddə çıxıb.

Müsadirə edilən kokainin bazar dəyəri 3.5 milyard avro (7.2 milyard manat) olaraq qiymətləndirilir.

Qeyd edək ki, yüklərin alıcısı olan 28 yaşlı gənc artıq saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun