Hakimlərə 10 min manat maaş verilsin – Təklif

  • SpaceTV
  • 19 Noyabr 2019 14:12

Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq. Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlər ən azı 10 min manat maaş almalıdır.

SPACE TV-in məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. 

“Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”. 

Paylaş

 Xəbəriniz olsun