Hakerlər “Clubhouse”dakı söhbətləri oğurlayaraq yayıblar

  • Space TV
  • 23 Fevral 2021 10:24

Yenicə populyarlaşmağa başlayan “Clubhouse” sosial şəbəkəsi hakerlərin hücumuna məruz qalıb.

Bu barədə “Bloomberg” xəbər verib. Məlumata görə, hakerlər sosial şəbəkənin mühafizə sistemini yararaq, istifadəçilərin söhbətlərini digər resurslarda paylaşıblar.

Qeyd edək ki, “Clubhouse” qaydalarında görə, otaqdakı söhbətləri yazmaq və yaddaşda saxlamaq qadağandır. Lakin görünür, bu qaydalara məhəl qoymayanlar artıq indidən öz məharətlərini göstərməyə başlayıblar.

Hələ ki sosial şəbəkədən baş vermiş hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

Paylaş

 Xəbəriniz olsun